Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində maliyyə yoxlaması aparılır. Yoxlama müddətində aşkar edilən qanunsuzluqlar Agentliyin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun vəzifəsindən azad edilməsi ilə nəticələnib.
Ajans.az-ın əldə etdiyi məlumata görə Saleh Məmmədov yoxlama müddətində vəzifəsində qala bilərdi. Sadəcə olaraq o vəzifəli şəxs kimi yoxlama prosesinə ciddi müdaxilə edirmiş. Saleh Məmmədov maliyyə üzrə məsul olan əməkdaşlara, digər səlahiyyətli şəxslərə yoxlamanın gedişatına mane olma, süni əngəllər yarada bilməsi üçün tapşırıqlar verir, sənədlərin yoxlamadan yayındırılmasına nail ola bilirmiş.
Saleh Məmməd işdən azad ediləndən sonra yaxın ətrafı, tabeli qurum rəhbərləri çıxılmaz vəziyyətdə qalıblar. Yoxlama zamanı millyonları keçən vəsait çatışmazlığı, yeyinti aşkar edilib.
Ajans.az-ın əldə etdiyi məlumata görə, hazırda Saleh Məmmədov yaxın ətrafına telefonla təlimatlar verərək, sənədsiz reallaşan proseslərin ört-basdır edilməsinə çalışır. Yolların, körpülərin təmir tikintisi zamanı ciddi maliyyə yeyintisinin müəyyən olunması isə Saleh Məmmədov və ətrafının həbs oluna biləcəyi ehtimalını artırıb. Ətrafı və özü isə bu günə qədər heç kimin görmədiyi bir stressi yaşayır. Həbs stressini....
Aknews.az