Mingəçevirdə yuxarı sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb


Mingəçevirdə yuxarı sinif şagirdi oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə 3 saylı tam orta məktəbdə baş verib.

Şagird Elmin Kasumov oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub. 3 saylı məktəbdə daha çox rusdillilər təhsil alır.

Faktla bağlı araşdırma başlanıb.

Aknews.az

Xəbərlər