Xəbər verdiyimiz kimi, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur. Baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub. Həmin siyahıda Əli Mirəliyevin də adı var.
Bu barədə müğənni Əli Mirəliyev Demokrat.az-a açıqlama verib.
O yayılan məlumatların əsassız olduğunu deyib:
“Özüm bu gün də verilişdəyəm. Bu dəqiqə canlı veriliş aparırdım. “Kanal S”dən indi çıxdım, veriliş qurtardı. Onlar hamısı qeyri-rəsmi məlumatlardır, rəsmi deyil. Gözü götürməyən insanlar var, şou olsun deyə yazırlar. Əslində bilirik kimdir, adını demirik. Həmin şəxsləri işdən çıxardıblar, onlar da bizim adımıza siyahı yazırlar”.
Aknews.az