Azərbaycan parataekvoncoçusu dünya çempionatında qızıl medal qazandı


Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Teleqraf xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda hindistanlı Mohit Singh, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə taypeyli Xiao Xiang-wen üzərində qələbə qazanaraq finala yüksəlib.

20 yaşlı paralimpiyaçı finalda son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.

Aknews.az

Xəbərlər