Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ ilə danışıqlarda istifadə etmək üçün ölkədə məhbuslardan ibarət “mübadilə fondu” yaradıldığı barədə iddiaları təkzib edib.
Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən Belarus müxalifəti hakimiyyətin ABŞ ilə danışıqlarda istifadə etmək məqsədilə yeni şəxsləri həbs etdiyinə dair məlumatlar yayır.
“Amerikalılar bu məsələni mənim qarşımda qaldırdılar. Mən isə onlara çox sərt cavab verdim: Qanunu pozan həbsdə olacaq”, – Lukaşenko bildirib.
Belarus lideri 2020-ci il prezident seçkilərindən sonra baş verən etirazların təkrarlanmasına imkan verməyəcəyini də vurğulayıb.
“Ölkənin dağıdılmasına yol verə bilmərik. Hakimiyyəti, ilk növbədə məni tənqid edə bilərsiniz. Amma bunu inqilabi yolla etməməliyik. Çünki bu, ən dəhşətli nəticəyə – vətəndaş müharibəsinə gətirib çıxara bilər”, – o qeyd edib.
Aknews.az