Avropa Açıq Turniri: Son yarış günündə Azərbaycanın daha iki cüdoçusu fəxri kürsüdə yer alıb


Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.

Son yarış günündə milli komandamızın daha 2 üzvü fəxri kürsüdə yer alıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. -100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (-66 kq) üçüncü yeri tutmuşdu.

Aknews.az

Xəbərlər