Rusiyadan İrana göndərilən humanitar yardım ADY-nin "Qaradağ" stansiyasına çatdı


İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasına çatıb.

Teleqraf xəbər verir ki, dərman vasitələrindən ibarət yükün ümumi çəkisi 300 tondan çoxdur.

Qeyd edək ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.

Rusiyadan İrana göndərilən humanitar yardım ADY-nin "Qaradağ" stansiyasına çatdı



Aknews.az

Xəbərlər