"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Da Silva Tavareş Viera ilə 2 illik müqavilə imzalayıb.
29 yaşlı oyunçu karyerası ərzində vətənində "Feyrense", "Sanjoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver" və "Beyra Mar" klublarının formasını geyinib. Son olaraq isə Kiprin Nikosiya şəhərini təmsil edən "Olimpiakos" klubunda çıxış edib.
Aknews.az