Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanıldı


Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Babək Səmədov saxlanılıb.

Bildirilib ki, ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə B.Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Aknews.az

Xəbərlər