“Baku Pay” və “Global İnnovations”un rəhbər şəxsləri cərimələndi


Ödəniş bazarında fəaliyyət göstərən iki şirkətin rəhbər şəxsləri cərimələnib.
Bizimesr.media bildirir ki, bu ilin aprel ayında "Baku Pay" MMC elektron pul təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.

Şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 min manat cərimə olunub.

Həmçinin bu ilin fevral-mart aylarında "Global İnnovations" MMC ödəniş təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən 50 min manat cərimə edilib.

Aknews.az

Xəbərlər