"Fizza Pay” MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb.
Tiraj.az xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Mərkəzi Banka qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsi, yaxud düzgün təqdim edilməməsi) maddəsi ilə iş başlanıb və o, 1000 manat cərimələnib.
"Fizza Pay” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 645 100 manatdır. Şirkətin qanuni təmsilçisi Dursunov Azad Nizami oğludur.
Ondan əvvəl MMC-nin qanuni təmsilçisi Mirzəməmmədli Orxan Kamran oğlu olub. Azad Dursunov cari ilin aprelin 1-də onu əvəzləyib.
"Fizza Pay” şirkəti ödəniş əməliyyatlarının ekvayrinqi, eləcə də ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri üzrə fəaliyyət göstərir.
Aknews.az