Bu günlərdə ölkə mediasını bürüyən qalmaqalın mərkəzində keçmiş təhsil naziri Misir Mərdanovun müşaviri olmuş İlham Pirməmmədovun qardaşı oğlu -Anar Pirməmmədov dayandı.
Aknews.az bildirir ki, söhbət Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi olmuş Anar Pirməmmədovun model və bloqer Çelsi Baxşıyeva tərəfindən səsləndirilən iddialardan sonra vəzifəsindən azad edilməsindən gedir.
Qalmaqal necə başlayıb?
Bloqer, Model Çelsi Baxşıyeva mediaya açıqlamasında Anar Pirməmmədovla münasibətdə olduğunu bildirdi. Onun sözlərinə görə, bir müddət davam edən münasibət zamanı Pirməmmədovun ailəli və iki uşaq atası olduğunu bilməyib. Bloqer iddia edib ki, münasibətlər pozulduqdan sonra intim xarakterli videolarla təhdid olunub. Həmçinin A. Pirməmmədovun xidməti avtomobillə onu izlədiyi də iddialar sırasında yer aldı.
Bu açıqlamalardan qısa müddət sonra Anar Pirməmmədov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Anar Pirməmmədovla bağlı əmr imzalayıb.
Hadisənin daha geniş rezonans doğurmasının əsas səbəblərindən biri Anar Pirməmmədovun ailə bağlantılarıdır.
Onun əmisi İlham Pirməmmədov uzun illər Təhsil Nazirliyində, Misir Mərdanovun rəhbərliyi dövründə müşavir vəzifəsində çalışıb və həmin sistemdə nazirə ən yaxın şəxslərdən biri kimi tanınıb. Məhz bu məqam ictimai müzakirələrdə yeni suallar ortaya qoydu.



