“Yaponiyanın Xabarovskdakı Baş Konsulluğu Rusiya qarşısında diz çökərək üzr istəməlidir”.
“Yaponiya Baş Konsulluğu gəlib notanı götürmək və diz çökərək üzr istəmək istəmir? Məncə, bunu etməlidir. Mən isə onlara xrizantema hədiyyə edəcəyimə söz verirəm”, - Zaxarova bildirib.
Yaponiya Baş naziri Sanae Takaiçi bundan əvvəl Rusiyanın Xabarovskdakı qələbə memorialını sökməli olduğunu açıqlayıb. Hökumət başçısı qeyd edib ki, Yaponiyanın simvolu sayılan xrizantema gerbinin məhvinin təsvir olunduğu abidənin ucaldılması yolverilməzdir.
Aknews.az