Ərəb ölkələri Tehranla görüşü təxirə saldılar


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sentyabrın 14-nə planlaşdırılan Körfəz ölkələri ilə görüşün Yəməndəki mövcud münaqişə səbəbindən Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındığını təsdiqləyib.

“Bəli, bu doğrudur. Görüş Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salınıb. Bu, hazırda onların Yəmənlə arasında baş verənlərlə əlaqədardır”, - Bəqayi deyib.

Sentyabrın 14-də Omanda Bəsrə körfəzi ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş keçirilməli idi. Sentyabrın 11-də İran Xarici İşlər Nazirliyi Tehran tərəfinin görüşdə iştirakını təsdiqləmişdi. Görüşdə regional məsələlərlə yanaşı, Hörmüz boğazında təhlükəsiz marşrutların müəyyənləşdirilməsi ilə bağlı İran-Oman danışıqlarının nəticələri də müzakirə edilməliydi.

Hörmüz boğazında hərəkət fevralın 28-dən davam edən ABŞ-İran müharibəsi səbəbindən bloklanıb.
Aknews.az

Xəbərlər