“Bank Respublika” nizamnamə kapitalını 3 dəfəyə yaxın artırıb


“Bank Respublika” ASC nizamnamə kapitalını 73,96 milyon manatdan 200,75 milyon manata çatdırıb.
Plat.az-ın Bankdan əldə etdiyi məlumata görə, kapital artımı əvvəlki illərin bölüşdürülməmiş xalis mənfəəti hesabına həyata keçirilib.

Qərar Bankın səhmdarlarının 16 iyun 2026-cı ildə keçirilmiş növbəti ümumi yığıncağında qəbul olunub.

Kapital artımı çərçivəsində Bankın dövriyyədə olan 30 milyon 188 min 200 ədəd adi, sənədsiz, adlı səhminin nominal dəyəri 2,45 manatdan 6,65 manata qaldırılıb.

Beləliklə, səhmlərin sayı dəyişməsə də, onların məcmu nominal dəyəri 126,79 milyon manat, yaxud təxminən 2,7 dəfə artaraq 200 milyon 751 min 530 manata çatıb

Kapital artımı yeni səhmlərin emissiyası hesabına deyil, mövcud səhmlərin nominal dəyərinin yüksəldilməsi yolu ilə həyata keçirilib.

Aknews.az

Xəbərlər