Dubayda biznes, Bakıda milyonluq toy: Gündəmi silkələyən gəlinin məşhur prokuror babası KİMDİR?


Bakıda keçirilən və Azərbaycan, eləcə də Türkiyə şou-biznesinin ən parlaq ulduzlarının və yerli ulduzlarını (Demet Akalın, Aygün Kazımova, Röya və s.) çıxış etdiyi yüz minlərlə manat dəyərindəki dəbdəbəli toy yerli medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Sentyabrın 12-də "Böyük Saray" şadlıq evində baş tutan mərasimin gəlini Sitarə Feyzullayevanın ailəsi və onun böyük sərvətinin mənbəyi hər kəs üçün maraq doğurub.
Qızın atasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin keçmiş rəis müavini Elgün Feyzullayev (hazırda Dubayda bizneslə məşğuldur) olduğu məlum olduqdan sonra, diqqətlər ailənin köklərinə yönəlib. Bəs hər kəsin danışdığı bu milyonluq toyun gəlininin babası kim olub?

Cəmiyyətdə böyük marağını nəzərə alaraq, gəlinin babası - Azərbaycanın hüquq-mühafizə orqanlarında dərin iz qoymuş tanınmış prokuror Bəhram Feyzullayevin dosyesini təqdim edirik:

Ağcabədidən başlayan ömür və hüquq fəaliyyəti

Bəhram Bəhram oğlu Feyzullayev 1951-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsini bitirdikdən sonra, 1973-cü ildən etibarən prokurorluq sistemində fəaliyyətə başlayıb.

Dubayda biznes, Bakıda milyonluq toy: Gündəmi silkələyən gəlinin məşhur prokuror babası KİMDİR?


Mühüm rayonların prokuror müavini və Baş Prokurorluğun mühüm şəxsi

Ömrünün 37 ilini qanunun aliliyinə həsr edən B.Feyzullayev karyerası ərzində respublikanın bir çox şəhər və rayonlarında yüksək vəzifələr tutub:
-Şabran (keçmiş Dəvəçi), Quba və Ağdaş rayon prokurorluqlarında müstəntiq və baş müstəntiq;
-Gəncə Nəqliyyat Prokurorunun baş köməkçisi, Gəncə Şəhər Prokurorunun müavini;
-Bakının mərkəzi hissəsində – Səbail rayon prokurorunun köməkçisi;
-Respublika Baş Prokurorluğunda istintaqa nəzarət idarəsinin böyük prokuroru, eləcə də Təşkilat və Nəzarət İdarəsinin prokuroru;
-Yevlax və Şirvan şəhər prokurorunun müavini.

Rütbəsi və təqaüdü

Uzun illər qüsursuz xidmət fəaliyyətinə görə SSRİ Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğunun müxtəlif mükafat və fərmanlarına layiq görülən Ədliyyə müşaviri Bəhram Feyzullayev 2010-cu ildə prokurorluq orqanlarından təqaüdə çıxıb.

Türkiyədəki qəfil ölüm

Keçmiş prokuror təqaüddə olduğu dövrdə xəstəlikdən əziyyət çəkib. O, təxminən iki il öncə – 2023-cü ilin yanvar ayında müalicə üçün getdiyi Türkiyədə, 72 yaşında vəfat edib və doğulduğu Ağcabədi rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, nəvəsi Sitarə Feyzullayeva hazırda SOCAR-ın Dubaydakı törəmə şirkəti olan "SOCAR International DMCC"-də ticarət üzrə analitik işləyir və ailənin hazırkı biznes şəbəkəsi Dubay və Bakı arasında uzanır. Milyonluq toy fərqli müzakirələrə yol açsa da, bu ailənin kökündə dayanan Bəhram Feyzullayev hüquq ictimaiyyəti tərəfindən hər zaman prinsipial prokuror kimi xatırlanır.Moderator.az
Aknews.az

Xəbərlər