ADSEA-DA ÖZBAŞINALIQ: GÖRÜN VƏTƏNDAŞIN BAŞINA NƏ OYUN AÇDILAR – ŞOK OLACAQSINIZ


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Abşeron şöbəsindən redaksiyamıza şikayət daxil olub.
Hörümçək TV-yə məktub ünvanlayan şikayətçi Cəlal Qasımov bildirir ki, ADSEA əməkdaşı onun yaşadığı mənzilə özündən su borcu uyduraraq, saxta qəbz verib: “Mən Abşeron rayon, Masazır kəndi ərazisində, ev-100 ünvanında yaşayıram. Bir neçə gün öncə yaşadığım mənzilə gələn su qəbzi ilə bağlı ciddi narazılığım yarandı. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Abşeron rayon, Masazır kəndi üzrə nəzarətçisi olan Mehdiyev Raqifin verdiyi su qəbzində ciddi yanlış məlumatlar var. Belə ki, mənə verilən qəbzdə ilk göstərici sıfır, son göstərici isə 518 kimi qeyd edilərək, mənə bir aylıq 40 kub su sərfiyyatı yazılıb. Bu da 28 manat edir. Halbuki, sayğacın üzərində olan əvvəlki və sonuncu rəqəm yazılmayıb. Qəbzdə olanla, sayğacda göstərilən rəqəmlər tam fərqlidir. Yəni nəzarətçi özündən rəqəm uyduraraq, mənə saxta su sərfiyyatı yazıb. Bəlkə mən heç bir ay evdə olmamışam, heç su istifadə etməmişəm. Bu nə özbaşınalıqdır axı, belə dərəbəylikmi olar?”.
C.Qasımov bununla bağlı nəzarətçiyə, habelə aidiyyəti üzrə idarəyə zəng etdiyini, lakin aldığı cavabdan məyus olduğunu bildirib: “Qəbzi görən kimi nəzarətçi Mehdiyev Raqifə zəng etdim, şikayətimi çatdırdım, o isə mənə dedi ki, sayğac həyətdə olub, yoxlanılmasına şərait yaratmamısınız, mən də aylıq sərfiyyatınıza uyğun borc yazmışam. Bildirdim ki, sayğac həyətdə yox, çöldədir və siz bura gəlmədən mənə saxta borc yazmısınız. O isə telefonu asdı. Sonra qurumun Xırdalanda yerləşən Abşeron şöbəsinə zəng etdim. Telefonu açan xanım da eyni sözləri dedi, ona da vəziyyəti izah etdim. Cavab verə bilmədi. Belə dərəbəylikmi olar, sayğac həyətdən çöldə, sən bura gəlmədən, necə yalan məlumatları yaz bilərsən abonentə? Öz səhvini necə yalan hekayə uyduraraq ört-basdır edə bilərsən? Necə bir vətəndaşın haqqına girə bilərsən? Maraqlısı isə, nəzarət edən qurumun bu problemi həll etmək əvəzinə, öz nöqsanlarını, özbaşınalıqlarını ört-basdır etməyə çalışmasıdır. Bəs mən problemimi kimə deməliyəm? Axı vətəndaşa qarşı belə haqsızlıq etmək olmaz!”.
Aidiyyəti qurumun mövqeyini yayımlamağa hazırıq.
Aknews.az

Xəbərlər