“Shaurma №1”in "Tarqovı"dakı məşhur filialı bağlandı


Bakının ən məşhur məkanlarından biri olan “Tarqovı” ərazisində fəaliyyət göstərən “Shaurma №1”in filiallarından biri bağlanıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Əziz Əliyev küçəsində yerləşən filial təxminən bir həftədir fəaliyyət göstərmir.

Obyektin qapıları bağlıdır və filialda müştərilərə xidmət göstərilmir.

Məlumata görə, ərazidə “Shaurma №1”in bir neçə filialının fəaliyyət göstərməsi səbəbindən sözügedən filialın digər şöbəyə köçürülməsi qərara alınıb.

Aknews.az

Xəbərlər