"Saudi Aramco" dünyanın ən böyük şist qazı yataqlarından biri olan "Jafura"nın (Al-Jafura, Əl-Cəfurə) işlənilməsi fonunda öz qaz bölməsini ayrıca bir şirkətə çevirməyi nəzərdən keçirir.
"Project Gamma" kimi tanınan təşəbbüs çərçivəsində belə bir müəssisənin səhmləri sonradan fond birjasında siyahıya alına bilər.
"Saudi Aramco" Krallığın "Jafura" (Al-Jafura, Əl-Cəfurə) qaz kompleksinin birinci mərhələsini 2025-ci ildə istismara verib. İkinci mərhələnin işə salınması ilə qaz hasilatı həcminin 80% artacağı gözlənilir. Bu hasilatın əhəmiyyətli bir hissəsi daxili bazarda satılacaq. Xüsusilə də Ər-Riyadın elektrik stansiyalarını qazla işləyən sistemlərə keçirməsi fonunda – bu da Krallığa daha çox neft ixrac etmək imkanı yaradacaq.
Aknews.az