Skaloni: Messi istəsə, vida matçından öncə Burkina-Fasoya qarşı oynaya bilər


Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin milli komandadakı vida oyununda meydana çıxması üçün hazır olduğunu bildirib.
39 yaşlı “İnter Mayami”nin hücumçusunun oktyabrın 4-də Argentina millisinin düşərgəsinə qoşulması və iki gün sonra Beninə qarşı keçiriləcək vida matçında iştirak etməsi gözlənilir.

Skaloni isə Messinin komandaya daha erkən qoşularaq şənbə günü keçiriləcək oyunda da meydana çıxa biləcəyini istisna etməyib.

“Messi bazar günü, Burkina-Faso ilə oyundan sonra gələcək. Amma istəsə, daha tez gəlib şənbə günü keçiriləcək oyunda oynaya bilər”, - mütəxəssis bildirib.

Argentina bu gecə Bakı vaxtı ilə saat 03:00-da Boliviya ilə yoldaşlıq oyunu keçirəcək.

Aknews.az

Xəbərlər