Messi “İnter Mayami”yə qayıtmayacaq


ABŞ təmsilçilərindən “İnter Mayami”nin kapitanı Lionel Messi atasının vəfatı səbəbindən qeyri-müəyyən müddətə klubdakı çıxışını dayandırıb.

Mənbənin məlumatına görə, argentinalı futbolçunun atası Xorxe Messi uzun sürən xəstəlikdən sonra avqustun 8-də vəfat edib. Messi avqustun 9-da ailəsi ilə birlikdə atasının vida mərasimində iştirak etmək üçün ölkəsinə yollanıb.

Bildirilir ki, atasının ölümü 39 yaşlı futbolçuya ciddi təsir edib. Messi bu çətin dövrdə ailəsinin yanında qalmağa üstünlük verib.

Bu səbəbdən ulduz futbolçu hələlik ABŞ-yə qayıtmayacaq və “İnter Mayami” qarşısındakı öhdəliklərini qeyri-müəyyən müddətə təxirə salıb.

Aknews.az

Xəbərlər