"Turan Tovuz"da "yarpaq tökümü" davam edir.
Aknews.az Sport24.az-a istinadən xəbər verir ki, "boz qurdlar" yaxın günlərdə daha dörd futbolçu ilə yollarını ayırdığını ictimaiyyətə açıqlayacaq.
Baş məşqçi Kurban Berdıyev dörd legioneri - qapıçı İvan Konovalov, müdafiəçi Hayderson Hurtado, yarımmüdafiəçilər Kristian da Silva və Anton Kraçkovskini yeni mövsümdə komandasında görmək istəmir.
Qeyd edək ki, bir müddət əvvəl Sadiq Quliyev və Eltun Turabovun da "Turan Tovuz"dan ayrıldıqları məlum olub.