Qazaxıstanın xarici işlər naziri saxlanıldı


Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.
Aknews.az Orda.kz-yə istinadən xəbər verir ki, onlarla bərabər, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksəkvəzifəli əməkdaşları da saxlanılıblar.

Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyiblər.

Nurtleu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.

Xəbərlər