Antiterror əməliyyatlarında şəhid olmuş Əzizbəy Muradovun atası Etibar Muradov Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılovanın əməlləri ifaş edib.
XALQ-ın məlumatına görə, şəhid atası çıxışında bildirir ki, Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılova işçilərin maaşlarınıkəsir,uşaqlara gələn ərzaq paylarını mənimsəyir.
Məsələ il bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə şikayət olunsada heç bir tədbir görülmür. Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bu məsələyə biganə yanaşır və Sevinc Mikayılova haqqında şikayətlərə əhəmiyyət vermir.