Müğənni Elvin Mirzəzadə də Dubayda qalıb.
Musavat.com xəbər verir ki, tətil üçün ora yollanan Elvin uçuşların ləğv edildiyini bildirib:
“Maraqlanan, nigaran qalan dostlar, doğmalar. Tranzit uçuşla martın 3-ü Bəə-nin Şarja şəhərinə getməliyəm. Məlum məsələlərə görə hava yolları bağlıdır. Açılıb-açılmaması sual altındadır. Ümid edirəm tezliklə atəşkəs baş tutar, içi mən qarışıq bütün xarici ölkələrdə qalan vətəndaşlarımız vətənə dönər. Diqqətiniz üçün minnətdaram”.
