ABŞ Prezidenti Donald Trampın İsrail tərəfindən, o cümlədən İran məsələsində şantaj edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.
"Donald Trampın İsrail tərəfindən şantaj edildiyi barədə fikirlər eşitmişəm. Bu, tamamilə yalandır. Qərarların qəbulunda şəxsən iştirak etmişəm", - deyə Vens bildirib.
Vitse-prezident Trampın hər hansı təzyiq və ya şantaja boyun əyən siyasətçi olmadığını vurğulayıb.
"Mənə görə, Trampın şantaj olunması fikri absurddur. Trampla belə şeylər işləmir", - o əlavə edib.
Məlumata görə, Vens bu açıqlaması ilə son günlər ABŞ və İsrail münasibətləri, eləcə də İranla bağlı qərarların qəbuluna dair səsləndirilən iddialara münasibət bildirib.
Aknews.az