İsrail və Livan nümayəndə heyətləri yaxın günlərdə Livanın cənubunda iki pilot zonasının yaradılması üçün vaxt qrafiki barədə razılığa gəlmək məqsədilə danışıqlar aparacaqlar.
Xəbərə görə, İsrail Müdafiə Qüvvələrinin (İMQ) qoşunları bu ərazilərdən çıxarılacaq.
Livan tərəfi danışıqların mümkün qədər tez keçirilməsini tələb edib, İsrail hakimiyyəti isə növbəti hərbi görüşdə qərar qəbul edəcəyinə söz verib. "Lakin düşünürük ki, israillilər bu prosesi təxirə salmağa çalışa bilərlər", - deyə mənbə qeyd edib.
İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında keçirilən birbaşa danışıqların altıncı raundundan sonra pilot zonaların yaradılması üçün cədvəllər müəyyən etmək barədə razılığa gəliblər. Görüş 14-15 iyul tarixlərində Romada baş tutub.
Aknews.az