Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi


Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri bu gün İnzibati Təşkilat Sektorunun müdiri Fikrət Heybətovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Qeyd edək ki, son dövrlərdə Fikrət Heybətovun fəaliyyəti ilə bağlı müxtəlif media orqanlarında bir sıra qanun pozuntuları və digər iddialarla əlaqədar çoxsaylı materiallar dərc olunmuşdu. Həmin iddialarla bağlı rəsmi qurumlar tərəfindən indiyədək yekun hüquqi qiymətləndirmə açıqlanmayıb.

Redaksiyamıza daxil olan məlumata görə, bu qərar bölgədə çalışan bir çox pedaqoq tərəfindən müsbət qarşılanıb. Bildirilir ki, təhsil ictimaiyyətində bu addımın idarəetmədə şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində atılmış mühüm addım olduğu düşünülür.

Eyni zamanda, redaksiyamıza daxil olan digər məlumata əsasən, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət strukturu tərəfindən Quba–Xaçmaz Regional Təhsil İdarəsində müəyyən məsələlərlə bağlı araşdırmalara başlanıldığı iddia olunur. Hazırda bu məlumatın rəsmi təsdiqi gözlənilir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Xəbərlər