Ənvər Qarqaş: Yaxın Şərqdə nə əbədi sülh, nə də müharibə mümkündür


“Yaxın Şərq əbədi olaraq nə müharibə, nə də sülh vəziyyətində qala bilər”.

Diplomat bildirib ki, regionun sabitliyi və onun xalqlarının gələcəyi üçün aydın perspektiv və konkret istiqamət lazımdır.

“Qarşıdakı mərhələ zəif təməllər üzərində və ya beynəlxalq hüquqdan, dinc yanaşı yaşamaq prinsiplərindən, dövlətlərin suverenliyinə hörmətdən və sülh məntiqindən ayrı olan razılaşmalar əsasında qurula bilməz”, - BƏƏ rəsmisi vurğulayıb.

Ənvər Qarqaş əlavə edib ki, məqsəd aydın və hamının razılaşdığı qaydalar əsasında idarə olunan davamlı sabitliyə keçiddir.

Aknews.az

Xəbərlər