“Rabat öz öhdəliklərini yerinə yetirənədək Avropa İttifaqı (Aİ) miqrasiya sahəsində Mərakeşlə bağlanmış sazişlərin icrasını və ölkəyə göstərilən iqtisadi yardımı dayandırmalıdır”.
“Qonşumuz Mərakeşdən beynəlxalq öhdəliklərinə əməl etməyi və öz sərhədlərini qorumağı tələb edirik. Əgər Mərakeş beynəlxalq öhdəliklərini yerinə yetirməsə, İspaniya və bütün Avropa İttifaqı müdaxilə etməli olacaq.
Mərakeşlə Avropa İttifaqı arasında güzəştli ticarət sazişinin icrasının dayandırılmasını tələb etmişik. Bu sazişə əsasən, Mərakeş məhsulları çox əlverişli şərtlərlə, gömrük rüsumu ödənilmədən Avropa İttifaqına idxal olunur. Bundan əlavə, Mərakeş hər il Avropa İnvestisiya Bankından və Avropa Komissiyasından milyardlarla vəsait alır. Onlar yaxşı tərəfdaş və qonşu kimi davranmayacaqlarsa, biz sazişlərin icrasını dayandırmalı və bütün zəruri diplomatik tədbirləri görməli olacağıq”, - o deyib.
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant Mərakeşdən İspaniyanın Afrikanın şimalında yerləşən muxtar şəhəri Seutaya daxil olub. Madrid Böhran fonunda şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri cəlb edib.
EFE agentliyinin son məlumatına görə, kütləvi axın zamanı təxminən 80 min miqrant Seutaya daxil olub.
Aknews.az