Pezeşkian: Seçdiyim yolda ölümdən qorxmuram


“Ölkədə baş verənlər, xüsusilə də ABŞ ilə danışıqlar və onun gedişatı ətrafında cəmiyyətlə dialoq aparılmalı və danışıqların zəruriliyi müdafiə edilməlidir. Danışıqların üstünlüklərini və əldə olunan nəticələri ifadə etmək bizim düşmənlər qarşısında baş əydiyimiz anlamına gəlmir, əksinə, şəffaflığın təzahürüdür”.

“İslamabad anlaşma memorandumunu tamamlamaq üçün bütün səylərimizi göstərəcəyik və İran xalqının hüquqlarının təmin olunmasının müdafiəsində qətiyyətlə dayanacağıq. Bu şəraitdə mövcud məqam ondan ibarətdir ki, hazırda anlaşma memorandumu qarşılıqlı faydaya əsaslanan strategiyaya söykənməlidir”, - o bildirib.

Məsud Pezeşkian anlaşma memorandumunda İranın əleyhinə heç bir məqamın olmadığını iddia edib:

“Əldə edilmiş memorandumda ləyaqətimizə toxunan heç nə yoxdur, əksinə, ABŞ mərhələli şəkildə yerinə yetirməli olduğu öhdəliklər götürüb. İslamabad anlaşma memorandumunun heç bir bəndində öz prinsiplərimizdən geri çəkilməmişik”.

Prezident əlavə edib ki, “haqqın təmin olunması və ədalət yolunda şəhid olmaq”dan qorxmur: “Çünki mənim qayğım xalqa xidmət etməkdir və bu, xalqın çətinlik və problemlərini azaltmaq və aradan qaldırmaq üçün seçdiyim yoldur”.

Aknews.az

Xəbərlər