İllərdir media sahəsindəyik, yüzlərlə dələduzun, maliyyə fırıldaqçısının, qanundan qaçıb xaricdə gizlənənlərin hansı cildlərə girdiyini, hansı bəhanələrin arxasında daldalandığını görmüşük. Amma budəfəki mənzərə həqiqətən acınacaqlı, bir o qədər də gülüncdür.
"Magen David Group" MMC-nin ölkədən qaçıb xaricdə gizlənən rəhbəri 'David Seliverstov" Musavat.com-un ortaya qoyduğu ifşaedici faktlardan o qədər təşvişə düşüb ki, əlinə keçən ilk vergi kağızını bayraq eləyib hay-küy salmağa başlayıb. Deyir ki, bəs 2 noyabr 2026-cı il tarixli Vergi Xidmətinin bülletenində vergi borcum “0” manatdır, statusum da aktivdir, deməli Musavat.com dezinformasiya yayır.
Dayan görək, residivist! Sən kimi aldadırsan?
Dövlət Vergi Xidmətinin sistemində borcun "0 AZN" görünməsi və ya şirkətin statusunun "Aktiv" olması nə vaxtdan qanunsuz pul köçürmələrinin, saxta əməliyyatların və mənimsəmələrin üzərindən xətt çəkib? Şirkətin reysterdə aktiv olması onun maliyyə fırıldaqlarını yuyub aparır? Bu dələduz yaydığı cızma-qarada etiraf edir ki, şirkətdə maliyyə auditi aparılır, İrana Abadiyeva ilə bağlı qanunsuz köçürmələr araşdırılır. Yaxşı, əgər hər şey "təmiz" idisə, bu audit nəyin auditidir? Musavat.com-un yazdığı şübhəli maliyyə əməliyyatlarını elə öz dilinlə etiraf etmiş olmursan?
İşin ən biabırçı tərəfi isə diqqəti əsas faktlardan yayındırmaq üçün deputat Anatoliy Rafailovun adını bu çirkin oyuna qatmaqdır. "David Seliverstov" başa düşmür və ya özünü anlamazlığa vurur ki, bu cür ucuz manipulyasiyalarla, uydurma "qara kassa" ssenariləri ilə faktların üzərini örtmək mümkün deyil. Sənə konkret faktlar, konkret maliyyə maxinasiyaları ilə bağlı suallar verilir, sən isə ortalıqda deputat adı hallandıraraq ictimaiyyətin başını qatmağa çalışırsan. Bu, tam mənası ilə acizlikdir!
Gələk ən əsas məsələyə – "David Seliverstov"un kimliyinə və onun Musavat.com-a “dərs keçmək” həyasızlığına...
