"Gəmiqaya" necə "Naxçıvan Taxıl Məhsulları" MMC oldu? - FAKTLAR


Xəbər verdiyimiz kimi, bu gün "Naxçıvan Taxıl Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şakir Tarverdiyev həbs olunub.
Lent.az MMC haqqında bəzi məlumatları əldə edib.

Məlumata görə, "Gəmiqaya Taxıl Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adını dəyişdirib və 2023-cü ilin dekabr ayında "Naxçıvan Taxıl Məhsulları" MMC adı ailə fəaliyyətə davam etdiyini elan edib.

Bu şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb. 300 manat nizamnamə kapitalı olan "Naxçıvan Taxıl Məhsulları" MMC-nin qanuni təmsilçisi Şakir Tarverdiyev olub.

2023-cü il aprel ayında "Gəmiqaya" Taxıl Məhsulları MMC-nin direktoru Famil Seyidov vəzifəsindən azad edilib.

Onun yerinə əvvəllər Naxçıvan Biznes Mərkəzinin direktoru vəzifəsində çalışmış Qardaşxan Əliyev direktor təyin olunub. 2023-cü ilin dekabrında isə bu vəzifəyə yenidən Şakir Tarverdiyev təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri Şakir Tarverdiyev vəzifə cinayətlərində ittiham olunub və barəsində cinayət işi açılıb.

Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Aknews.az

Xəbərlər