Pırşağıda “Avtoyuma” məntəqəsinin tikintisinə hansı məmur icazə verib?


Sabunçu rayonu Pırşağıda Ağa Əlizadə küçəsində aparılan tikinti işləri ətraf sakinlərin narazılığına səbəb olub.
İddialara görə, heç bir icazəverici sənədi olmayan ərazidə “avtoyuma” məntəqəsi açılması planlaşdırılır. Həyata keçirilən tikinti işlərinin qanuni əsasları ilə bağlı ciddi suallar yaranıb.

Sakinlərin bildirdiyinə görə, sözügedən ünvanda aparılan tikinti işlərinin icazə sənədləri barədə rəsmi məlumat təqdim olunmayıb.

Hətta bəzi sakinlər tikintinin müvafiq qurumların razılığı olmadan aparıldığını iddia edir. Onların sözlərinə görə, tikinti prosesi sürətlə davam etdirilsə də, ərazi üzrə təhlükəsizlik qaydalarına və şəhərsalma normalarına tam riayət olunub-olunmaması məlum deyil.

Məsələ ilə bağlı yerli sakinlər bildirirlər ki, tikinti işlərinin hansı əsasla və kimlərin razılığı ilə aparıldığının araşdırılması vacibdir. Çünki yaşayış massivinin daxilində aparılan bu cür tikintilər həm təhlükəsizlik, həm də şəhərsalma baxımından ciddi problemlər yarada bilər.

Qeyd edək ki, belə hallarda tikinti işlərinin qanuniliyinə nəzarət edən qurumlar – xüsusilə də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılması zəruri hesab olunur.

Ümid edilir ki, aidiyyəti qurumlar məsələ ilə bağlı mövqelərini açıqlayacaq və aparılan tikintinin qanuniliyinə aydınlıq gətiriləcək. Əks halda, sakinlərin narahatlığı daha da artacaq və məsələ ictimai müzakirələrin mövzusuna çevrilə bilər.

Aidiyyatı qurumlarında fikirlərində dərc etməyə hazırıq.
xalq.online

Həmin görüntüləri təqdim edirik:


Aknews.az

Xəbərlər