Azərbaycanla Litva hərbi polis sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin (MN) Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti bu ölkənin paytaxtı Vilnüs şəhərinə səfər edib.
Bu barədə MN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində MN-nin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini-Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi heyət Litva MN-nin Hərbi Polis İdarəsinin inzibati binasını ziyarət edib, hərbi polis xidmətinin təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub.

Burada qonaqlara Litva hərbi polisinin sülh və müharibə dövründə vəzifələri, eləcə də NATO tərkibində fəaliyyətləri barədə brifinqlər təqdim olunub.

Görüşdə, həmçinin, hərbi polis sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Şəxsi heyətin peşəkar hazırlığının artırılması və birgə fəaliyyət imkanlarının artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri vurğulanıb.

Aknews.az

Xəbərlər