ABŞ İranın nüvə proqramı da daxil olmaqla Tehranla uzunmüddətli razılaşma əldə etmək istiqamətində səylərini İsrailin mövqeyindən asılı olmayaraq davam etdirəcək.
Vens bildirib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı uzunmüddətli həll yolunun mümkün olduğuna inanır və belə bir sazişin ABŞ-nin maraqlarına uyğun olduğunu düşünür.
“Biz İranın nüvə proqramı ilə bağlı uzunmüddətli nizamlanmaya nail ola bilərik. Bu, İsrailin xoşuna gələ də bilər, gəlməyə də bilər. Lakin prinsip etibarilə biz hesab edirik ki, bu, ABŞ-nin maraqlarına cavab verir. Buna görə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - vitse-prezident vurğulayıb.
Vensin sözlərinə görə, Vaşinqton İranla mümkün razılaşmanın əldə olunmasını xarici siyasət prioritetlərindən biri hesab edir.
Aknews.az