Azərbaycan millisi FIFA reytinqində gerilədi


FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Ötən ay 124-cü pillədə qərarlaşan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yeni reytinqdə 1132 xalla 126-cı yeri tutur.

Milli komanda iyun ayında keçirdiyi yoldaşlıq görüşlərində Maltaya 0:2 hesabı ilə məğlub olub, San Marinonu isə 2:1 hesabı ilə üstələyib.

Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərindən olan Litva 1056,85 xalla 149-cu, Lixtenşteyn isə 797,70 xalla 206-cı sıradadır.

Qeyd edək ki, reytinq cədvəlinə son dünya çempionu Argentina (1877,27 xal) başçılıq edir.

Aknews.az

Xəbərlər