Məlum olduğu kimi rəsmi qərarla icra hakimiyyətlərində struktur islahatı keçirilib. Artıq bütün icra hakimiyyətləri bu qərarın icrasını demək olar ki,başa çatdırıb.Şəhər icra hakimiyyətlərində "Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri" vəzifəsinin ləğv olunub,qurumun rəsmi saytlarından həmin adlar və vəzifələr çıxarılıb.
Ancaq Mingəçevir Şəhər İcra Hakimiyyətində deyəsən ayrı qanunlar işləyir.Əgər belə olmasa idi Mingəçevir Şəhər İcra Hakimiyyəti daha bir qanunazidd addımla diqqətləri üzərinə yönələtməzdi.
Əvəllcə qeyd edək ki, yanvar ayının 21-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası zamanı vəzifəsi ləğv olunmuş və qanunla işdən azad olunmuş 61 yaşlı Məhluqə Cavadova həmin iclasda başdan əyləşib.Sonra da müavin kimi vətəndaş görüşlərində iştirak edir və idarələrə göstərişlər verir, xidməti avtomobildən istifadə edir, hətta müavini kabinetində əyləşir.
Sual yaranır.İcra başçısı İlham İsmayılov hələ “havada olan”,yəni ixtisar nəticəsində vəzifəsindən azad olunan şəxsi hansı əsasla başda oturdub?
Axı həmin şəxsin səlahiyyətləri başçının digər müavininə verilib və struktur təlimatına görə yeni şöbə “Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi” adlanıb və həmin şöbənin müdiri vəzifəsinə ilə Fərid Məmmədov təyin olunub.
Digər sual yaranır. Kimdir bu Məhluqənin himayədarı? Çoxmu vacib kadrdır,çoxmu əvəzedilməzdir? Hər halda bu sulların cavabını icra başçısı İlham İsmayılov bilməmiş deyil.
