"Kəpəz" akademiyasının yetirməsi olan 15 yaşlı futbolçu Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.
Teleqraf Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, U-19-un əsas qapıçısı olmaqla yanaşı, Əvəzedicilər Liqası və Azərbaycan Premyer Liqasında forma geyinmək hüququ qazanıb.
"Sarı-göylər"in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə "Kəpəz" tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı ünvanına sahib çıxıb.
Qolkiper yeni müqaviləsi ilə bağlı danışıb:
"Kəpəz"lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib, etimadı doğrultmağa çalışacağam. Məqsədim "Kəpəz"in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın "Top-5" çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub "Real"dır.. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm".
Aknews.az