Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027 mövsümünün açılış oyununun tarixi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çemçpionat sentyabrın 30-da start götürəcək.
Yeni mövsümün ilk qarşılaşmasında son Azərbaycan çempionu "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions"la üz-üzə gələcək.
Qarşılaşma saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.
Aknews.az