Sahibə Qafarova: Azərbaycan İslamın sülh və mərhəmət dini olduğunu dünyaya nümayiş etdirir


Azərbaycan İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini olduğunu nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və mühüm təşəbbüslər irəli sürüb.
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, paytaxtı Qüds olan Fələstin dövlətinin əsasında İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi ilə həllini qətiyyətlə dəstəkləyir:

“Bu mövqe Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətində, o cümlədən BMT, İƏT və s. təşkilatlar çərçivəsində çıxışlarda da öz əksini tapır. Eyni mövqe parlamentimiz tərəfindən Asiya Parlament Assambleyasına ikiillik sədrliyi dövründə də ardıcıl şəkildə müdafiə olunub”.

Aknews.az

Xəbərlər