Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO


Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığı iddia edilir.
Tikinti sahəsində diqqət çəkən məqamlardan biri obyekt barədə məlumatlandırıcı lövhənin olmamasıdır. Halbuki belə lövhələrdə tikinti obyektinin təyinatı, sifarişçi və podratçı şirkət, layihə, eləcə də işlərin icra müddəti barədə məlumatlar əks olunmalıdır. Bu məlumatların olmaması isə tikintinin kim tərəfindən həyata keçirildiyi və görülən işlərə görə məsuliyyətin hansı qurumun üzərinə düşdüyü ilə bağlı suallar yaradır.

Bununla yanaşı, tikinti sahəsində çalışan işçilərin fərdi mühafizə vasitələrindən istifadə etməsi də diqqət yetirilməli əsas məsələlərdəndir. Dəbilqə, qoruyucu geyim və digər təhlükəsizlik vasitələrinin tətbiqi mümkün istehsalat qəzalarının və xəsarətlərin qarşısının alınmasında mühüm rol oynayır.

Tikinti sahələrində təhlükəsizlik qaydalarına əməl olunması yalnız işçilərin deyil, ətraf ərazidə yaşayan və hərəkət edən insanların da təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Bu baxımdan, tikinti ərazisinin düzgün təşkil olunması, təhlükəli zonaların məhdudlaşdırılması və müvafiq xəbərdarlıq nişanlarının yerləşdirilməsi zəruridir.(patrul.az)

Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.


Aknews.az

Xəbərlər