Ərdoğan Tokayevlə telefonla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan həmkarını ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsi münasibətilə təbrik edib

Türkiyə Prezidenti bildirib ki, mayın 14-nə planlaşdırılan Qazaxıstana dövlət səfərinə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına, eləcə də Türk Dövlətləri Təşkilatının qarşıdan gələn qeyri-rəsmi Zirvə görüşünə böyük əhəmiyyət verir.

O həmçinin qazaxıstanlı həmkarını apreldə Antalyada keçiriləcək Diplomatik Forumun iclasına dəvət edib.

Aknews.az

Xəbərlər