Xətai rayonunda qalmaqallı tikinti: Bayramdan istifadə edib qanunsuz obyekt inşa edirlər?


AzTimes.az-a daxil olan məlumata görə, Xətai rayonu, İnqilab İsmayılov küçəsində qanunsuz obyekt tikintisinə start verildiyi iddia olunur. İddialar sakinlər arasında ciddi narazılıq yaradıb.Məlumat verən mənbələrin sözlərinə görə, tikinti işləri məhz bayram günlərinə təsadüf etdirilib.
Bildirilir ki, bu addım nəzarət mexanizmlərindən yayınmaq məqsədi daşıyır. Sakinlər iddia edir ki, “bayram günləridir, tez tikin, heç kim xəbər tutmasın” kimi göstərişlər verilir.Ən diqqətçəkən məqam isə odur ki, məsələ ilə bağlı aidiyyəti qurumların heç biri hələlik rəsmi mövqe bildirməyib. Söhbət aşağıdakı qurumlardan gedir:Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura KomitəsiXətai Rayon İcra HakimiyyətiAzərbaycan Respublikasının Fövqəladə Hallar NazirliyiƏmlak Məsələləri Dövlət XidmətiSakinlərin sözlərinə görə, ərazidə aparılan tikinti işlərinin qanuni olub-olmaması ilə bağlı heç bir məlumat lövhəsi yerləşdirilməyib, nə də tikintiyə icazə sənədləri ictimaiyyətə təqdim olunub. Bu isə qanunvericiliyin tələblərinə ziddir.Mütəxəssislər bildirir ki, paytaxt ərazisində hər hansı tikinti işinə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti və şəhərsalma qurumlarından icazə alınmalı, layihə təsdiqlənməli və təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Əks halda, belə tikililər qanunsuz hesab olunur və söküntü ilə nəticələnə bilər.Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, ictimaiyyət və yerli sakinlər aidiyyəti qurumları məsələyə operativ reaksiya verməyə çağırır. Qanunsuz tikinti iddialarının araşdırılması və şəffaf mövqe ortaya qoyulması tələb olunur.Mövzunu diqqətdə saxlayacağıq.

Aknews.az

Xəbərlər