Gündüz Əliyev Sumqayıt şəhər icra başçısı olmaq istəyir? - Maraqlı detallar


Ötən ayın əvvəlində ölkənin əksər rayon icra hakimiyyətlərində “ciddi kadr islahatları” adı ilə dəyişikliklər aparıldı. Proses geniş təqdim olunsa da, yekunda əsaslı struktur yenilənməsi və ya diqqətçəkən nəticələr müşahidə edilmədi.
Bizimesr.az bildirir ki, dəyişikliklər Sumqayıt Şəhər İcra Hakimiyyətindən də yan keçmədi. Şəhər İcra başçısı Zakir Fərəcovun qərarı ilə İstehsal və xidmət sahələri sektoru ləğv edilərək yeni Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi yaradıldı. Həmin sektorda çalışan və müxtəlif reydlərlə "Alma əməliyyatı" gündəmə gələn Samir Bədəlov isə Memarlıq-tikinti məsələləri sektorunun baş məsləhətçisi təyin olundu.

Lakin yenilənmə prosesi zamanı pərdəarxası məqamların da yaşandığı bildirilir.

Bizimesr.az-a daxil olan məlumata görə, icra başçısına yaxınlığı ilə seçilən Ərazi-təşkilat məsələləri sektorunun müdiri Gündüz Əliyevin bu dəyişikliklərdən istifadə edərək vəzifədə irəli çəkilməyə çalışıb. Hətta Zakir Fərəcovun da belə bir istəyi olub. Qeyd edilir ki, Fərəcovun Gündüz Əliyevi başçının birinci müavini postuna gətirməsi təşəbbüsü olsa da, bu plan son anda baş tutmayıb.

İddialara görə, Ərazi-təşkilat məsələləri sektoruna rəhbərlik edən Gündüz Əliyev şəhər ərazisində aparılan qanuni və qanunsuz tikinti proseslərinə nəzarət edən əsas fiqurlardan biridir. Eyni zamanda, onun yaxın qohumlarının adına şəhərdə böyük biznesinin olduğu və onun icra başçısına sadiq mövqe sərgilədiyi deyilir.

Bütün bunların fonunda Gündüz Əliyev yaxın çevrəsinə yaxınlarda birinci müavin, daha sonra Sumqayıt şəhər icra başçısı, yəni Zakir Fərəcovun yerinə təyin olmaq istəyi ilə bağlı arzularının olduğunu da gizlətmir.
Aknews.az

Xəbərlər